“Qarabağ” xal qazandı, Azərbaycan İsveçdən uzaqlaşdı – UEFA reytinqi

“Qarabağ” xal qazandı, Azərbaycan İsveçdən uzaqlaşdı – UEFA reytinqi

Çempionlar Liqasının qrup mərhələsinin III turunun 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Xəbərçi.az apa-ya istinadən bildirir ki, baş tutan 8 qarşılaşmadan sonra cədvəldə ciddi dəyişiklik olmayıb.

Yalnız ölkələrin xal hesabı dəyişib. Bu dəfə mövqeyini yaxşılaşdırmaq heç kimə nəsib olmayıb.

Xal hesabı artan ölkələr arasında Azərbaycan da var. İspaniya “Atletiko”su ilə ev oyununda qolsuz heç-heçə edən “Qarabağ” ölkəmizə daha 0,250 xal qazandırıb.

Bu qazanc sayəsində cari mövsümdə əldə etdiyimiz xal 4,125-ə çatıb. Bunun 2,375-i “Qarabağ”ın hesabındadır. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazandırıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,875-ə yüksəlib. Bu artım mövqeyimizə təsirsiz ötüşüb. 22-ci pillədə qalan Azərbaycan 1 addım gerisində olduğu Rumıniyadan 0,575 xal geri qalır. “Qarabağ”ın heç-heçəsi ən yaxın izləyicimiz İsveçdən uzaqlaşmaq imkanı verib. İndi skandinaviyalıları 0,400 xal qabaqlayırıq.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 93,426 xal. 


loading...