Nicat Həsənov: "Finalda mən qalib olmalı idim"

Nicat Həsənov: "Finalda mən qalib olmalı idim"

Bakı. 27 aprel. XƏBƏRÇİ.AZ report.az -a istinaden xeber verirki / “İtaliyada dörd döyüş keçirdim. Avropa birinciliyi olduğundan, bütün ölkələr güclü heyətlə gəlmişdilər”.   

"Report"un məlumatına görə, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına açıqlamasında İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənclər arasında Avropa çempionatında 69 kq çəki dərəcəsində gümüş medal qazanmış Azərbaycan yığmasının üzvü Nicat Həsənov deyib. O, çəkilən əziyyətin bəhrəsini gördüklərini söyləyib: "Yığmamızın baş məşqçisi Vaqif Şirinova və şəxsi məşqçim Rəhim Allahverdiyevə təşəkkürümü bildirirəm. Artıq gələcək yarışlara hazırlaşmalı, səhvlərimiz üzərində işləməliyik. Fikrimcə, finalda qalib mən olmalı idim. Ancaq hakimlər qərarı rusiyalı rəqibin xeyrinə verdilər”.  

Həsənov gələcək planlarından da danışıb: “Qarşıda dünya çempionatı var. Məqsədim Avropa birinciliyindəki “gümüş”ü orada “qızıl”a çevirməkdir. İnanıram ki, bu yarış mənim üçün daha uğurlu olacaq”.


loading...