Fədayə Laçın səs verdi

Fədayə Laçın səs verdi

Bakı İstintaq Təcridxanasında saxlanılan müğənni Fədayə Laçın da səsvermədə iştirak edib.

Bu barədə femida.az məlumat yayıb.

Xatırladır ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Laçın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan həbsin müddəti 3 ay da artırılıb.

Bir müddət öncə isə tanınmış sənət adamları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayaraq F.Laçının sənət adamı kimi xidmətlərinin nəzərə alınıb bağışlanılmasını istəyiblər.


loading...