Futbolçular arasında qanlı dava - Rəqibinin qulağını qopardı + - VİDEO

Futbolçular arasında qanlı dava - Rəqibinin qulağını qopardı + - VİDEO

Boks döyüşlərində qulaq qoparılması hadisələri baş versə də, futbol qarşılaşmalarında ilk dəfədir belə hadisə qeydə alınıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, olay Çinin Həvəskarlar Liqasında “Malu” - “Aoqui” matçında baş verib.

Epizodların birində əsəblərinə hakim ola bilməyən futbolçular dava etməyə başlayıb. Dava zamanı “Malu” futbolçularından biri rəqibinin qulağını dişləyərək qoparıb.

Polisin sərt müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb edilib və yaralı futbolçu qulağının tikilməsi üçün xəstəxanaya yerləşdirilib.

 

qafqazinfo


loading...