Messi bir aylıq oğlunu üzə çıxardı

Messi bir aylıq oğlunu üzə çıxardı

Argentina millisi və “Barselona”nın hücumçusu Lyonel Messi yeni doğulan oğlunun şəklini ilk dəfə paylaşıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, o, ailə üzvlərinin olduğu şəkli Instagram-dakı rəsmi səhifəsində yayımlayıb. Həmçinin bu şəkli onun model həyat yoldaşı Antonella Rakkutso da paylaşıb.

Xatırladaq ki, Lyonel Messinin üçüncü oğlu olan Siro ötən ayın 10-da doğulub. Onun digər oğulları – Tyaqo 2012, Mateo isə 2015-ci il təvəllüdlüdür.

 

oxu.az


loading...