Oyun zamanı meydana girib, Ronaldunu öpdü - VİDEO

Oyun zamanı meydana girib, Ronaldunu öpdü - VİDEO

Futbol üzrə Portuqaliya və Hollandiya yığmaları arasındakı yoldaşlıq görüşündə qeyri-adi hadisə baş verib.   Oyunun 61-ci dəqiqəsində bir neçə azarkeş meydana girərək, portuqaliyalı hücumçu Kriştianu Ronalduya tərəf qaçıb. Onlardan biri Ronaldunu öpərək, onunla selfi edib. Həmin şəxsin əslən bosniya və herseqovinalı, hazırda İsveçrədə çalışan məşhur komik Samir Alik olduğu müəyyənləşib.   İsveçrənin Karuja şəhərində təşkil olunmuş qarşılaşma hollandiyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları Memfis Depay, Rayan Babel və Vircil van Deyk vurub. 61-ci dəqiqədə Joau Kanselu qırmızı vərəqə aldığı üçün Portuqaliya millisi oyunu azlıqda başa vurub.   Qeyd edək ki, Kriştianu Ronaldu mövsümdə ilk dəfə “narıncılar”ın qapısına bir zərbə də vura bilməyib və 68-ci dəqiqədə əvəzlənib.   minvalinfo


loading...