“Fənərbaxça”nın futbolçusu ölümdən döndü - VİDEO

“Fənərbaxça”nın futbolçusu ölümdən döndü - VİDEO

Slovakiya yığmasının və “Fənərbaxça”nın futbolçusu Martin Şkrtel ölümdən dönüb.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, mərkəz müdafiəçisi “Kral Kuboku” turnirində Tailandla matçda huşunu itirib.

Matçın 28-ci dəqiqəsində rəqib futbolçu Çanathip Sonqkrasinin zərbəsindən sonra top onun sifətinə dəyib. Dili qatlanan futbolçuya öncə komanda yoldaşları köməklik göstərib. O daha sonra həkimlərin köməyi ilə özünə gəlib və oyuna davam edib.

Qeyd edək ki, bu matçda Slovakiya millisi meydan sahiblərini 3:2 hesabı ilə məğlub edib. (oxu.az)


loading...