Ramil Quliyevi ilin atleti seçmədilər

Ramil Quliyevi ilin atleti seçmədilər Avropa Atletika İttifaqı ilin idmançılarının adlarını açıqlayıb.   Xəbərçi.az-ın apasport.az saytına istina məlumatına görə, kişi atletlər arasında 3 namizəddən biri, azərbaycanlı Ramil Quliyev nominasiyanın qalibi ola bilməyib.   Türkiyə yığmasının şərəfini qoruyan həmyerlimizi almaniyalı nizəatan Yohannes Vetter qabaqlayıb. Qadın atletlər arasında isə şüvüllə tullanmada Yekaterini Stefanidi ilin idmançısı seçilib.   Qeyd edək ki, bu 2 atletlə yanaşı, Ramil Quliyev də Londonda keçirilən dünya çempionatının qızıl medalını qazanıb. 
loading...