Buffon açıqladı - karyerasını nə vaxt bitirir?

Buffon açıqladı - karyerasını nə vaxt bitirir?

Yuventus"un qapıçısı Canluici Buffon karyerası ilə bağlı vacib qərar qəbul edib.

Xeberci.az qol.az-a istinadən xəbər verir ki, 40 yaşlı qolkiper mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb. İtaliya millisinin sabiq üzvü bir müddət öncə daha bir il oynamaq istədiyini söyləsə də, karyerasını davam etdirmək fikrində olmadığını bildirib.

Qeyd edək ki, 2001-ci ildən "Yuventus"da çıxış edən Buffon Turin klubunun heyətində 454 oyun keçirib. Təcrübəli qolkiper 140 dəfə isə İtaliya millisinin formasını geyinib.


loading...