Rəşad Sadıqov özünə əcnəbi köməkçi götürdü

Rəşad Sadıqov özünə əcnəbi köməkçi götürdü

21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri müəyyənləşib.

Xəbərçi.az qol.az-a istinadən məlumat verir ki, bolqarıstanlı Vladislav Yanuş U-21-in məşqçilər korpusunda yer alacaq. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun "Qarabağ"dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb.

Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində "Lokomotiv" (Plovdiv) və "Beroe" klublarında çalışıb. Son illərdə "Vereya" və "Liteks" klublarında Jivko Jelevin köməkçisi işləyib.
loading...