"Real" əsrin transferini bitirir: 450 milyon avro...

"Real" əsrin transferini bitirir: 450 milyon avro...

"Real"ın Neymarı transfer edəcəyi ilə bağlı iddialar günü-gündən güclənir.  

Xəbərçi.az fanat.az-a istinadən məlumat verir ki, İspaniya mediası transferlə bağlı yeni məlumatlar yayıb, "Real"ın Neymarı transfer etmək istəməsi ilə bağlı ilk xəbəri yayan "Diario Gol" yeni iddia ilə çıxış edib. Sayt yazır ki, klub prezidenti Florentino Peres artıq braziliyalı ulduzla müqavilənin bütün detallarını razılaşdırıb.  

Xəbərdə, həmçinin bildirilir ki, Neymar PSJ rəhbərliyinə iki il ərzində Çempionlar Liqasını və "Ballon d'Or"u qazanmasa, komandanı tərk edəcəyi deyib. "Diario Gol" iddia edir ki, "Real" əsrin transferi adlanan bu keçidi reallaşdırmağa çox yaxındı.    

Qeyd edək ki, PSJ Neymarı bu yay "Barselona"dan 222 milyon avroya transfer edib. "Real"ın isə onun transferinə 450 milyon avro sərf edəcəyi deyilir.


loading...