Ən bahalı futbolçusu "Qarabağ"dan gedir? - AÇIQLAMA

Ən bahalı futbolçusu "Qarabağ"dan gedir? - AÇIQLAMA

"Mən futbol oynamaq istəyirəm. Əgər "Qarabağ” məni istəyirsə, qalacam".   

Xəbərçi.az bildirir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Enrike deyib.   Braziliyalı futbolçu müqavilə ilə PAOK-a məxsusdu və "Qarabağ"da icarə əsasında çıxış edir. Onun qış fasiləsində Yunanıstaq klubuna dönəcəyi bildirilir.  

"Qaradağ Lökbatan"la kubok oyunundan sonra açıqlama verən Pedro "Qarabağ"dakı gələcəyindən danışıb, O, "Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən" sualına belə cavab verib:   

"Bir az qəliz məsələdi. Mən qarışmaq istəmirəm. Bunu PAOK və "Qarabağ” öz aralarında həll etməlidilər".  

Qeyd edək ki, Pedro "Qarabağ"ın heyətindəki ən bahalı futbolçu hesab olunur. "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub.  

 

(qaynarinfo)


loading...