Messinin maaşı açıqlandı

Messinin maaşı açıqlandı

"Barselona" ilə yeni müqavilə imzalayan Lionel Messinin məvacibi müəyyənləşib.

Xəbərçi.az goal.az-a istinadən məlumat verir ki, yeni anlaşmaya əsasənargentinalı dünyanın ən çox maaş alan futbolçusuna çevrilib. 2021-ci ilə qədər Kataloniya klubuna məxsus olan 31 yaşlı superulduzun illik məvacibi 43 milyon avro təşkil edəcək. Bundan əlavə, hücumçu müqavilə pulu kimi də 50 milyon əldə edəcək.

Leo bununla ən çox maaş alan həmyerlisi Karlos Tevezi qabaqlayıb. Karyerasını Çində davam etdirən Tevezi isə yayda PSJ-nin yolunu tutan Neymar izləyir.


loading...