"Onu heyətdə istəmirik" - "Barselona" Ardanı satır

"Onu heyətdə istəmirik" - "Barselona" Ardanı satır

İspaniyanın "Barselona” klubu Arda Turanı satmağa hazırdır.  

Bu barədə Kataloniya təmsilçisinin rəsmisi Qabriel Sanz açıqlama verib:  

"Onun klubdan gedəcəyi tarixi dəqiqliklə söyləmək çətindir. "Barselona” artıq Ardanı heyətində görmək istəmir. Bu, onun özünə də deyilib. "Barselona” maliyyə məsələlərini tezliklə qaydaya salmalıdır. Ardanın meneceri ilə də görüşəcəyik.”  

Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi "Barselona”ya 41 milyon avro qarşılığında "Atletiko”dan transfer olunub. //yenicag.az


loading...