Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO

Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO

Azərbaycanda məhkəmə tərəfindən ölkəmizdə qanunsuz saxlanıldığı rəsmi təsdiqlənən, İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanizadehin ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyulub.

Bakı Apellyasiya Məhkəməsi əcnəbi vətəndaşın üzərinə qoyulan “stop” u götürən günün axşamı yenidən Atefeh Dehghanizadehə qarşı qanunsuz şəkildə cinayət işi açılaraq ölkədən çıxışı qadağan edilib. Atefeh Dehghanizadeh bildirib ki, bu dəfə cinayət işi Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyev tərəfindən açılıb. Baxmayaraq ki, əcnəbi vətəndaş haqqında bir müddət əvvəl açılan  cinayət işi xeyli müddətdir ki, bağlanıb. Atefeh Dehghanizadeh şübhəli şəxs qismində istintaqa cəlb edilsə də, barəsində yetərincə əsaslı dəlillər olmadığından təqsirləndirilən şəxs qismində tanınmayıb. Atefeh Dehghanizadeh deyir ki, Bakı Apellyasiya Məhkəməsi, ölkədən çıxışına  qoyulan birinci qadağanın qanunsuz olduğunu təsdiqləyib.

Bundan sonra Yasamal Rayon Prokurorluğunun müstəntiqi Zamil Mehralıyev və Yasamal rayon Polis İdarəsinin müstəntiqi Əlibala Hacıyev məhkəmədə iştirak edərək Atefeh Dehghanizadehin ölkədə saxlanılmasına heç bir əsas olmadığını təsdiqləyiblər:” Məhkəmədə hakim “stopu” götürəndən sonra Zamil Mehralıyev və Əlibala Hacıyevdən mənimlə bağlı hər hansı problemin qalıb-qalmadığını soruşdu. Onlar da heç bir problemin olmadığını söylədilər. Hakim bizim ölkədən çıxışımıza heç bir əsas qalmadığını israrla qeyd etdi və dedi ki, bu ailə maneəsiz öz vətəninə dönməlidir. Amma məhkəmədən çıxdıqdan sonra barəmdə məndən heç bir izzahat almadan, xəbərsiz cinayət işi açaraq yenidən ölkədən çıxışıma qadağa qoyulub.

Əlibala Hacıyevdən mənə məhkəmənin qərarından sonra hansı əsasla cinayət işi açılıb “stop” qoyulduğunu soruşduqda isə olduqca absurd “əsas” gətirib. Bildirib ki, mənə həyat yoldaşım Farzad Foroozanmehr tərəfindən pul göndərilir. Həmin pul isə güya yoldaşımdan şikayətçi olan Orxan İsmayılovun mübahisəli mənzilin satışından əldə olunub. Ortada isə bunu təsdiq edən heç bir sübut yoxdur. Mən azyaşlı qızım və anamla bir ilə yaxındır ki, Azərbaycanda girov qalmışam. Ölkədən çıxışıma qadağa qoyulub, pasportumuz hələ də Zamil Mehralıyev tərəfindən girov saxlanılır. Bakıda körpə övladımla yaşamağım üçün mənə həyat yoldaşımın pul göndərməsində heç bir qəbahət yoxdur. Bunu bilə-bilə barəmdə əsassız olaraq yenidən cinayət işi açıb “ stop” qoymaq ədalətsizlikdir.

Məhz məhkəmə qərarından sonra mənə yenidən eyni müstəntiq tərəfindən cinayət işinin açılması, ”stop” un qoyulması bunların sifarişlə həyata keçirildiyini təsdiqləyir. Mən artıq intihar həddindəyəm. Son ümid yerim yenə də Azərbaycanın prezidenti İlham Əliyevə və onun mərhəmətli xanımı, Birinci vitse-prezident Mehriban Əliyevayadır”.Qeyd edək ki, qanunla şəxsin ölkədən çıxışına qadağa qoyulması üçün təqsirləndirilən şəxsə ittiham elan edilməlidir. Amma Atefeh Dehghanizadehə qarşı indiyədək heç bir ittiham irəli sürülməyib.


loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları