Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO

Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO

Yasamal Rayon Prokurorluğunun müstəntiqi  Zamil Mehralıyev məhkəmənin qərarına zidd gedərək əcnəbi vətəndaşların ölkədən çıxışına qoyduğu “stop”u götürmür. Xəbərçi.az-a bu barədə məlumat verən İran İslam Respublikası vətəndaşı, zərərçəkmiş Atefeh Dehghanizadeh bildirib ki, Yasamal Rayon Məhkəməsi bir aydır ölkədən çıxışlarına qoyulan qadağanın ləğvi barədə qərar qəbul edib. Amma müstəntiq Zamil Mehralıyev 11 aydır ki, onun və azyaşlı körpəsinin pasportunu da qanunsuz olaraq girov saxlayır.

Azərbaycanda körpə övladı ilə çarəsiz durumda qalan Atefeh Dehghanizadeh bildirir ki, müstəntiq bu qanunsuz əməllərinə müxtəlif yolla haqq qazandırmağa çalışır:”Biz Zamil Mehralıyevin qanunsuz əməllərinin əsirinə çevrilmişik. Ümid yerimiz Azərbaycanda qanunun aliliyini təmin edən prezident İlham Əliyev və onun mərhəmətli xanımı, Birinci vitse-prezident Mehriban Əliyevadır. Onlardan bizi girov həyatından xilas etmək üçün imdad diləyirik”deyə girov saxlanılan Atifeh bildirir


loading...