Erməni girovluğunda olan Elnur Hüseynzadə azadlığa buraxıldı

Erməni girovluğunda olan Elnur Hüseynzadə azadlığa buraxıldı

2017-ci ilin Fevral ayının 1-də cəbhənin Qazax istiqamətində əsir düşən Azərbaycan Respublikası vətəndaşı Elnur Elman oğlu Hüseynzadə azadlığa buraxılıb. 

Xeberci.az xəbər verir ki, bu barədə lragir.am məlumat verib.

Həbs müddəti bitən Elnur Hüseynzadə 2 fevral tarixində həbsdən çıxıb.

Xatırladaq ki, 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı Elnur Elman oğlu Hüseynzadə 2017-ci ilin Fevral ayının 1-də cəbhə xəttinə yaxın ərazidə naməlum şəraitdə erməni silahlı birləşmələri tərəfindən əsir götürülüb. Tanınmayan "Dağlıq Qarabağ Respublikası" ərazisindən təşkil olunmuş saxta məhkəmə prosesi zamanı Elnur Hüseynzadə 2018-ci ilin Fevralın 8-də 2 illik azadlıqdan məhrum edilib. Həbs müddəti 2019-cu ilin Fevral ayının 1-də bitib.


loading...