Bərdədə küçədə iki azyaşlı uşaq tapıldı

Bərdədə küçədə iki azyaşlı uşaq tapıldı

Bərdədə küçədə bacı-qardaş olduğu ehtimal edilən iki azyaşlı uşaq tapılıb.

Xeberci.az oxu.az-a istinadən əldə etdiyi məlumata görə, uşaqlardan biri 8-9 aylıqdır, digərinin isə iki yaşı var.

Bərdə Rayon Xəstəxanasından bildiriblər ki, onlar tapılanda, ətrafda heç kim olmayıb:

“Hələ demək olmaz ki, uşaqlar valideyn tərəfindən atılıb. Yaxınlıqda çoxlu evlər var. Bəlkə də uşaqlar azıb. Onları Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirmişdilər. Təcili olaraq Uşaq Xəstəxanasına göndərdik. Uşaqlar ətraflı müayinə edilib. Onların vəziyyəti yaxşıdır. Hələ ki, valideyn və ya yaxınlarından axtaranlar olmayıb. Polis məsələni araşdırır”.

Uşaqların itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına xəstəxanadan məlumat verilib. Onların valideynlərinin axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Faktla bağlı ilk məlumat Yenisabah.az saytında dərc edilib.


loading...