Güclü küləklə bağlı növbəti XƏBƏRDARLIQ

Güclü küləklə bağlı növbəti XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib.

Qurumdan Xeberci.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 28-i Azərbaycanın rayonlarında axşam, 29-da havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i axşam, 29-da qərb küləyinin bəzi rayonlarda arabir 15-20 m/s olacağı, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


loading...