Yusif Mustafayevə AĞIR İTKİ

Yusif Mustafayevə AĞIR İTKİ

“Bayram günü süfrədə oturmuşduq, birdən halı dəyişdi, təzyiqi qalxdı, dünyasını dəyişdi”.

Bu sözləri xeberci.az -a özəl açıqlamasında anasını itirən əməkdar artist Yusif Mustafayev deyib. Müğənni bayram günü yaşadığı acı dəqiqələri xeberci.az -la bölüşüb:

“Elə indi dəfnə gedirik, basdırmağa. 82 yaşı var idi, heç bir xəstəliyi yox idi. Cavanlıqda bir dəfə insult keçirmişdi. Mənimlə yaşayırdı, Bakıda bağ evimdə. Elə bayram günü şəkəri, təzyiqi qalxdı, halı pisləşdi, xilas edə bilmədik, haqq dünyasına qovuşdu. Bayram günü acı yaşadıq. Dəfn üçün Cəlilabada gəlmişik, burada torpağa tapşıracağıq. O əllərini açıb mənə xeyir-dua verməmiş evdən çıxmazdım. Bu bayramda əziz anamı itirdim...”

Allah rəhmət eləsin!


loading...