Sərnişinlərə müjdə - Daha bir rayona sürət qatarı olacaq

Sərnişinlərə müjdə - Daha bir rayona sürət qatarı olacaq

Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq.

Xeberci.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub.

"Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir. 2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır", - deyə C.Qurbanov vurğulayıb.


loading...