“Maşın şou”da ilk final gecəsi – FOTO\VİDEO

“Maşın şou”da ilk final gecəsi – FOTO\VİDEO

Bu gün rəsmən “Maşın şou. Hind kinosu”nun finalı başlayıb.

Xeberci.az xəbər verir ki, bu gündən, daha doğrusu gecədən finalçılar – Ranar Musayev, Səmra Rəhimli və Xəyalə Quliyeva dözümlülük yarışına çıxıblar.

Günorta saatlarında iştirakçılar öz yaxınlarına baş çəkiblər, Ranar Musayevin qonağı olublar, vaxtı şən keçiriblər. Son döyüş – Titanların döyüşü başlayanədək sakitləşmək lazım idi. Şounun qaydalarına görə, iştirakçılar əllərini avtomobildən çəkməməlidirlər.

Səbr və xasiyyətlərin mübarizəsi şounun qonaqları ilə daha rənqarənq olub. İştirakçıları Manana Caparidze, Dilarə Kazımova, Çingiz Mustafayev, Faiq Ağayev və digərləri dəstəkləməyə gəliblər.

Bugünkü gecə ağır olacaq. Çünki ilk gecədir. Görək yekun necə olacaq. Yalnız bir iştirakçı qalmalıdır.

ATV telekanalında saat 22.00-da layihənin növbəti buraxılışını qaçırmayın.

Sizə videonu təqdim edirik:


loading...