2018-ci ildə ölümdən dönən məşhurlar – Onların arasında nazirlər, müğənnilər də var...

2018-ci ildə ölümdən dönən məşhurlar – Onların arasında nazirlər, müğənnilər də var...

2018-ci ili başa vurmağımıza sayılı günlər qalır. Bir neçə gündən sonra yeni ilə - 2019-cu ilə qədəm qoyuruq. 

Xeberci.az 2018-ci ildə ölümdən dönən məşhurlarla bağlı araşdırma aparıb. Xırda bir təsadüf və Allahın razılığı olmasaydı, yəqin ki, onlar 2018-ci ildə həyatla vidalaşmalı olacaqdılar.

Bu il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev (həmin zaman vəzifədəydi) Gəncə Mərkəzi Univermağının qarşısında Yunus Səfərov adlı şəxs tərəfindən silahlı hücuma məruz qaldı. 

İddialara görə, güllə sabiq icra başçısının başından dəyib və o, Azərbaycanda və digər xarici dövlətlərdə uzunmüddətli müalicə alıb. Hadisədən bir neçə ay sonra sosial şəbəkələrdə E.Vəliyevin xəstəxanadan görüntüləri yayılıb və həmin görüntülərdən aydın görünür ki, Elmar Vəliyev öz sağlamlığına qovuşub.

Sabiq Vergilər naziri Fazil Məmmədov üçün də yola saldığımız il çətin il olub. Müxtəlif xəstəliklərdən əziyyət çəkən F.Məmmədov bu ilin dekabr ayının əvvəllərində çox gərgin günlər yaşayıb.

Pankreatitdən əziyyət çəkən sabiq nazir Gəncə Beynəlxalq Xəstəxanasında cərrahi əməliyyata məruz qalub. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə, budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

Bu ilin mart ayının 2-də məşhur azərbaycanlı müğənni Dilarə Kazımova avtomobil qəzasına düşüb. Ölkəmizi "Avroviziya” mahnı müsabiqəsində təmsil edən xanım müğənni ölümdən dönüb.

Qəza nəticəsində onun avtomobili tanınmaz və yararsız hala düşüb. Başından tramva alan müğənni dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsi nəticəsində həyati təhlükədən xilas olub. Hadisə şahidlərinin bildirdiyinə görə, müğənni avtomobildə kəmər taxmasaydı, həyatını itirəcəkdi.

Son illər meyxanaçı Pərviz Bülbülə ilə duetləri ilə məşhurlaşan müğənni Türkan Vəlizadə bu ilin iyun ayının 2-də ağır avtomobil qəzası keçirib. Onunla birlikdə avtomobildə müğənni Zeynəb Həsəni də olub.

Avtomobili yararasız hala düşən müğənninın ayağı və çiyni sınıb. Zeynəb Həsənli çanaq nahiyəsində ağır zədə alıb. Bir neçə ay xəstəxanada yatan və səhnədən uzaqlaşan T.Vəlizadə hadisə zamanı bir qədər ləng tərpənsəydi, həyatını itirə bilərdi. Özünün dediyinə görə, onu yalnız Allahın təqdiri ölümün caynağından alıb.

Xalq artisti Zabit Nəbizadə üçün də yola saldığımız il asan keçmədi. Ölümü göz önünə alan xanəndə nəhayət bir neçə ay öncə öyrəndi ki, ona səhvən xərçəng diaqnozu qoyulub.

Xalq artisti dörd dəfə əməliyyat olunduğunu, son əməliyyatında isə hətta narkoz deyil, "novakain”lə əməliyyat edildiyini və səsinin xəstəxana divarları arasına yayıldığını söyləyib. Bel yırtığı olduğu halda xərçəng diaqnozu qoyularaq kimyəvi şüalar verilən Xalq artisti Zabit Nəbizadə bunu Allahın sınağı kimi dəyərləndirib.

Adı müxtəlif qalmaqallarda hallanan "Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürovun bu ilin oktyabrında səhhətində ciddi problemlər yaranıb və o, dərhal xəstəxanaya yerləşdirilib.

Haqqında istintaq tədbirləri aparılan sabiq rəisin nəzarət altında hazırda da xəstəxanada müalicə aldığı deyilir. Qeyd edək ki, o Cinayət Məcəlləsinin 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.


loading...