Bayram günlərində Azərbaycanda hava necə olacaq?

Bayram günlərində Azərbaycanda hava necə olacaq? Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xeberci.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.   Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.   Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
loading...