Bayramda təhlükə gətirən partlayıcılar

Bayramda təhlükə gətirən partlayıcılar

Əksər ailələrdə bayram hazırlıqları artıq başlayıb. Bəziləri, xüsusilə balacalar bayram günlərini partlayıcılarsız təsəvvür edə bilmirlər. Hər il olunan qadağalara baxmayaraq, bu vasitələrin satışı da azalmır.

Xeberci.az ARB TV-yə istinadən xəbər verir ki, azyaşlı uşaqlar bazarlarda və şəhərin digər yerlərində pullarını verib pirotexniki vasitələri çox asanlıqla əldə edirlər.

Bu barıtlı vasitələrin bəziləri hətta döyüş silahlarını xatırladır.

Pirotexniki vasitələrin satıldığı yerlərdən biri də Xırdalanın köhnə bazarıdır. Qadağan olunduğunu bilən işbazların bəziləri çəkilişə mane olmağa çalışıb.

Hər il bu partlayıcı səbəbindən onlarla xoşagəlməz hadisələr baş verir. İnsanlar bu vasitələrin rahatlıq və asayişi pozmaqla bərabər, həm də təhlükəli olduğunu deyirlər.


loading...