Peşəkar şirniyyat ustası Sənan beynəlxalq müsabiqədə qızıl medal qazandı Möhtəşəm əl işləri - VİDEO

Peşəkar şirniyyat ustası Sənan beynəlxalq müsabiqədə qızıl medal qazandı Möhtəşəm əl işləri - VİDEO

Azərbaycanda fəaliyyət göstərən və möhtəşəm əl işləri ilə ölkəmizi beynəlxalq müsabiqələrdə təmsil edən "Purple Cake Boutiqe" komandası yeni uğura imza atıb. Bir-birindən fərqli və heyranedici görünüşü ilə diqqət çəkən tort nümunələri Lüksemburqda keçirilən "EXPOGAST" Dünya Kulinariya Kubokuna təqdim eidlib və "Purple Cake Boutiqe" komandası medala layiq görülüb. Bu haqda xeberchi.az-a "Purple Cake Boutiqe" tort evinin nümayəndəsi Həlimə xanım məlumat verib. Onun sözlərinə görə, dünya miqyasında təşkil edilən müsabiqələrdə 3 peşəkar ustanın iştirakı ilə 7-si qızıl, 1-i gümüş, 2-si kubok olmaqla ümumilikdə 10 medal qazanılıb:

""Purple Cake Boutiqe" tort evi olaraq məqsədimiz fərqli mətbəxi ilə dünya ölkələrindən seçilən Azərbaycanı başqa ölkələrdə tort və şirniyyat sahəsində tanıtmaqdır. Sizə uğurlarımızdan bəhs etmək istəyirəm. Bu ilin mart ayında İstanbulda "Mater of Cake" yarışması keçirilib. Yarışmaya "Purple Cake Boutiqe"in dəstəyilə qatılan usta Sənan Paşayev "Festival birincisi" kubokunu əldə edib və Lüksemburqda keçirilən "World Cup" yarışmasına getmək imkanını qazanıb.

"Purple Cake Boutiqe" komandasının uğuru bununla bitmir. Belə ki S.Paşayev bu ilin sentyabr ayında Türkiyənin paytaxtı Ankarada təşkil edilən "Master of cake" yarışmasında da iştirak edib. O, yarışda ən çox qızıl medal alaraq "Festival birinciliyi" kubokunu qazanıb.

24-28 noyabrda isə Lüksemburqda 30 ölkənin qatıldığı müsabiqədə də iştirak etdik. "Purple Cake Boutiqe"in komandasından olan usta Sənan Paşayev yarışmada gümüş medala layiq görüldü.

Bu uğurları nəzərə alaraq "Kulinariya Assosiasiyasi" "Purple Cake Boutiqe" komandasını qəbul etdi".

Həlimə xanım bildirib ki, "Purple Cake Boutiqe" tort evinin fəaliyyəti tort və şirniyyat bişirməklə kifayətlənmir. "Purple Cake Boutiqe" tort evi fərqli dekora malik olan güllər və xonçaların təşkili ilə də məşğuldur.


loading...