Azərbaycanda müəllim 9 yaşlı uşağa aşiq olub, onunla evləndi

Azərbaycanda müəllim 9 yaşlı uşağa aşiq olub, onunla evləndi

Bu gün 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyev “Yeni Musavat” qəzetinin rəsmi Facebook səhifəsində canlı yayımda qonaq olub.

Tural Mirzəliyev işdən azad etdiyi ingilis dili müəllimi Rövşən Əzizovdan danışıb. Bildirib ki, onun fəaliyyətində ciddi nöqsanlar olduğu üçün işdən çıxarılıb. Hətta o, müəllimin bir vaxtlar 9 yaşlı qız şagirdinə aşiq olmasından danışıb. O, Rövşən Əzizovun 9 yaşlı qız haqqında yazdığı yazını canlı yayımda səsləndirib:

“Mənim üçün həyatın anlamsız olduğunu, ölüm barədə düşündüyüm anda o, qarşıma çıxdı. O, zaman mən təzə müəllim işləyirdim, onun isə 9 yaşı var idi. İlk gördüyüm gün sanki həyatımda günəş doğdu və hər şeyin dəyişdiyini hiss etdim. Mən ilk baxışdan o qıza vuruldum və həyatım yenidən anlam daşıdı. Müəllimin 9 yaşlı qıza vurulmasını öncə heç kim qəbul etmədi. Hər kəs buna qarşı çıxdı. Amma biz bütün əngəlləri aşdıq. İndi xoşbəxtəm”.

Qeyd edək ki, Nizami rayonunda fəaliyyət göstərən 220 saylı məktəbin ingilis dili müəllimi Rövşən Əzizov Ermənistanla Azərbaycan arasında dostluq və sülhü təbliğ edən və dərs dediyi uşaqların da iştirak etdiyi video-roliklər hazırlayaraq sosial şəbəkələrdə paylaşması ilə mətbuatın gündəminə gəlib. Daha sonra bir sıra QHT təmsilçiləri bu şəxsin məktəbdə müəllim işləməsinin yolverilməz olduğunu irəli sürüblər.

Bundan sonra məktəb rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti ilə bağlı daxili araşdırma aparılıb. Məlum olub ki, Rövşən Əzizov özünə aid “Facebook” səhifəsində və “Youtube” video şəbəkəsində, özünün yaratdığı “İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilib. Araşdırmadan sonra Rövşən Əzizovun işdən azad olunması barədə əmr verilib.


loading...