Həftəsonu hava necə olacaq?

Həftəsonu hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb.
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iyunun 15-i gündüz Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

İyunun 16-sı səhər və gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.

 
İyunun17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. 
 
Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.
 
Aran rayonlarında iyunun 15-16-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin iyunun 17-si gündüzdən 19-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 31-36, iyunun 17-19-da  27-30 dərəcə isti təşkil edəcək.
 
Naxçıvan MR-da iyunun 15-17-də arabir yağış, şimşək çaxacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.
 
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, yaxın iki gündə mülayim cənub küləyi üstünlük təşkil edəcək. İyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.


loading...