Azərbaycan əhalisinin sayı 10 milyona çatır

Azərbaycan əhalisinin sayı 10 milyona çatır

Hər min kişiyə 1005 qadın düşür

Azərbaycanda əhalinin sayı 25018 nəfər artaraq 2018-ci ilin may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin 52,9 faizii şəhər, 47,1 faizi kənd sakinləridir, 49,9 faizi kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. 

Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.


loading...