“MilliÖN”lə sürücülər cərimələrini ödəyə biləcək

“MilliÖN”lə sürücülər cərimələrini ödəyə biləcək

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə  terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.


loading...