Qəbul imtahanlarına qeydiyyat başa çatır - diqqətli olun!

Qəbul imtahanlarına qeydiyyat başa çatır - diqqətli olun!

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün elektron qeydiyyat sabah başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, bu saata qədər 51.225 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 47.038 nəfəri Azərbaycan, 4.187 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə ümumilikdə 18.903,  II ixtisas qrupu üzrə 13.191, III ixtisas qrupu üzrə 14.903, IV ixtisas qrupu üzrə isə 4.228 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq  ki, Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini  keçirəcək. Qeydiyyat prosesi mayın 17-dən start götürüb.  Elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.


loading...