Müdafiə Nazirliyi Bakı səmasındakı uçuşlarla bağlı açıqlama verdi

Müdafiə Nazirliyi Bakı səmasındakı uçuşlarla bağlı açıqlama verdi

Bu gün səhər Bakı səmasında çoxlu qırıcı təyyarələri görünüb. 

XƏBƏRÇİ.AZ "Qafqazinfo"ya istinadən  verdiyi xəbərə görə, hərbi təyyarələrin uçuşları paytaxt əhalisi arasında marağa səbəb olub. 

Məlum olub ki, "SU-25" və digər hərbi təyyarələrin cəlb olunduğu uçuşlar təlim məqsədlidir. Belə ki, Müdafiə Nazirliyi iyunun 26-da keçiriləcək hərbi parada hazırlıqlar görür. 

Bu il Azərbaycan ordusunun yaradılmasının 100 illiyi qeyd olunur. 

***

Müdafiə Nazirliyi də uçuşlarla bağlı məlumat yayıb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.


loading...