Bu dərmanlar təhlükəlidir - ALİMLƏR AÇIQLADI

Bu dərmanlar təhlükəlidir - ALİMLƏR AÇIQLADI

Bir çox tibb işçiləri öz pasiyentlərinə qanda xolesterini aşağı salan dərmanlar yazırlar. Həmin dərmanların insan orqanizminə təsirini öyrənən alimlər belə nəticəyə gəliblər ki, bu preparatlar təhlükəlidir.

XƏBƏRÇİ.AZ unikal.org-a istinadən xəbər verir ki, xolesterinin dərəcəsini aşağı salan dərmanlar son vaxtlar tibbi preparatlar arasında populyarlaşıb. Bir çox tibb işçiləri hesab edir ki, bu tip preparatlar ürəyin fəaliyyətini yaxşılaşdırır.

"Genotek" tibbi-genetik mərkəzin mütəxəssisləri bu qrup dərmanların insan orqanizminə təsirini öyrənməyə istiqamətlənmiş xüsusi tədqiqatlar aparıblar. Eksperimentin gedişində müəyyən edilib ki, xolesterinin dərəcəsini azaldan dərmanlar təhlükəlidir və pasiyentlərin 36 faizində əzələ xəstəliklərinə gətirib çıxara bilər.


Xatırladaq ki, bu dərman qrupu statinlərə aid edilir və qan damarlarının divarcıqlarında əmələ gələn xolesterin piləkləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulur. Alimlər bundan əvvəl sübut etmişdilər ki, bu cür törəmələr insanda infarkt və insultun əmələ gəlməsi riskini artırır.

İndi isə genetiklər sübut ediblər ki, bu preparatlar müəyyən genlərdə dəyişiklikləri olan insanlar üçün təhlükə daşıyıcısıdır. Belə hallarda miopatiyanın inkişaf riski artır, ürək əzələləri gücdən düşür və onların quruması baş verir. Genetiklər müxtəlif yaşlarda olan 2100 insanı müayinə etdikdən sonra bu nəticəyə gəliblər.


loading...