Yay gəldi, dərd gəldi - “ “My beach”də insanları belə soyurlar

Yay gəldi, dərd gəldi - “ “My beach”də insanları belə soyurlar

Yayda əksər insanlar dincəlmək üçün çimərliklər seçir. Dəniz havası, suyu insana həm  böyük zövq verir, həm də sağlamlığını bərpa etməyə yardım edir. Ancaq bəzən bu istirahətimiz ürəkaçan olmur. Xüsusilə də özəl istirahət mərkəzlərinə yol tutub həm pul xərcləyib, həm də narazı qalan insanlar ikiqat peşmançılıq keçirirlər. Axı səbəb nədir? Şikayətçimiz Anar bəydir. Novxanıda yerləşən My beach istirahət mərkəzinə yollanıb öncə giriş üçün 25 azn ödəyən cənabın sonradan eşitdiyi tək kəlmə “ o yoxdur, bu yoxdur” olub: “Novxanıdakı My beach - də insanlardan giris pulu bazar gunu 25 manatdır amma əlavə 1 manat da hər dəsmala görə pul alırlar. İçəri girəndən sonra nə soruşursan həç nə yoxdur. Hər şey də od qiymətinə ... Adi redbul yoxdur, hələ bu azmış kimi insanla it kimi rəftar edirlər.  Menyu vermirlər şifahi soruşursan cavab olaraq gedim, öyrənim. Deyirəm yəni bir sözlə pulunu ver gir içəri vəssalam. Müştəriyə  1 qram diqqət, hörmət heç nə yoxdur. 0 xidmət ! Özunlə gətirmək olmaz , çöldən deyirsən alın satın o da olmaz . Yəni budur bunu için vəssalam ! Çox biabırçı yerdi”.


loading...