İstirahət günü hava necə olacaq ?

İstirahət günü hava necə olacaq ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günündə  səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki,  bu bölgədə nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları  iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı, iiyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.


loading...