Daha bir metrostansiya təmirə bağlanır

Daha bir metrostansiya təmirə bağlanır

“Xətai” metrostansiyası payız aylarında təmirə bağlanacaq.   

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.    Onun sözlərinə görə, təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək.    “Xətai” stansiyası bu ilin oktyabr-noyabr aylarında təmir bağlanacaq. “Bakmil” stansiyasında aparılan təmir işlərində isə maksimum olaraq sərnişin daşınmasında problem olmamasına çalışırıq.    Bilirsiniz ki, Metropolitenimiz elə şəraitdədir ki, istər-istəməz sərnişinlərin hərəkətinin təminatında məhdudiyyətlər yaranır. Elə olur ki, məhdudiyyət yaranmadan biz bu təmir işlərini aparırıq.” – deyə, sədr müavini qeyd edib.


loading...