Sürücülərin nəzərinə: Bu yollar axşama qədər bağlı olacaq

Sürücülərin nəzərinə: Bu yollar axşama qədər bağlı olacaq

Rənglənmə ilə əlaqədar bir neçə yolda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

XƏBƏRÇİ.AZ  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


loading...