Bakıda zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Bakıda zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi Zaqatalada 6 bala yaxın zəlzələ olub. Bu zəlzələ bir çoxlarını təşvişə salıb. Hər kəsi Bakıda da zəlzələ olub-olamayacağı maraqlandırır. 

XƏBƏRÇİ.AZ xəbər verir ki, bununla bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin proqnozu olmur: “Heç kim deyə bilməz ki, növbəti zəlzələ Bakıda olacaq yoxsa Şəkidə. Bu haqqda əvvəlcə məlumat verilə bilməsi ilə bağlı fikirlər düzgün yanaşma deyil”. 


Vüsalə Rafiqqızı vurğulayıb ki, biz hal-hazırda Zaqatala şəhərindəki zəlzələ ilə bağlı araşdırmalar aparırıq. Mütəmadı məlumatları saytımızda yerləşdiririk. Amma növbəti zəlzələ harda olacaq bunu əvvəlcədən demək mümkün deyil”


loading...