Bu ərzaq da bahalaşdı - VİDEO

Bu ərzaq da bahalaşdı - VİDEO

Azərbaycanda yumurtanın qiyməti bahalaşıb.

XƏBƏRÇİ.AZ xəzərxəbər-ə istinadən xəbər verir ki, ötən həftə 8-9 qəpiyə satılan yumurta indi 13-14 qəpiyə təklif edilir.

Ancaq bu artım bütün mağazalarda eyni həcmdə müşahidə olunmayıb. Bəzi mağazaların satıcıları yumurtanın qiymətinin 1 qəpik artdığını bildirib.

Alıcılar isə yumurtanın qiymətindəki artımın olduqca böyük olduğundan şikayətlənirlər.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, yumurtanın bahalaşması quş yeminin qiymətinin artması ilə bağlıdır. Yemin qiyməti bahalaşdığı üçün istehsalçılar eyni həcmdə yumurtanın qiymətini qaldırmağa məcbur olublar.

Mövzu ilə bağlı videomaterialı sizə təqdim edirik:

 


loading...