Nazir iclası yarımçıq tərk etdi - səbəb isə

Nazir iclası yarımçıq tərk etdi - səbəb isə

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.

XƏBƏRÇİ.AZ  oxu.az-a istinadla xəbər verir ki, bu gün parlamentdə "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi.
 

 

Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.


loading...