Baş nazir bağçalarla bağlı qaydanı dəyişdi

Baş nazir bağçalarla bağlı qaydanı dəyişdi

Baş nazir “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.

XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən  xəbər verir ki, nizamnamənin 1. 6.10-cu bənd aşağıdakı redaksiyada dəyişdirilib.

 

6.10. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və tabeliyində olduğu mərkəzi və ya yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.” 

2. 6.33.2-ci yarımbənddə “müəssisələrində pedaqoji şuranın qərarına əsasən” sözləri “müəssisələri istisna olmaqla” sözləri ilə əvəz edilib.


loading...