Sürücülərin nəzərinə:bu küçə bağlı olacaq

Sürücülərin nəzərinə:bu küçə bağlı olacaq

Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

XƏBƏRÇİ.AZ “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə BNA və AAYDA birgə məlumat yayıb. Məhdudlaşma bu gecə, 29-dan 30 may tarixinə keçən gecə tətbiq ediləcək.

 

Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


loading...