Su təchizatında fasilələr olacaq

Su təchizatında fasilələr olacaq

Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

XƏBƏRÇİ.AZ bildirir ki, "Azərsu" ASC-dən BiG.AZ-a verilən məlumata görə, bununla əlaqədar gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.


loading...