Həftəsonu sinoptiklər nə vəd edir?

Həftəsonu sinoptiklər nə vəd edir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət gününə olan hava haqqında məlumatı yayıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Böyük və Kiçik Qafqaz bölgəsində gün ərzində yağışlı hava şəraiti müşahidə olunacaq. Gecə və səhər ayrı-ayrı rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir. Axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu mayın 27-də dağətəyi rayonlarda 18-22, dağlıq rayonlarda 12 dərəcəyədək isti olacaq.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Gündüz hava əsasən yağmursuz olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında da arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Gündüz yağış tədricən kəsiləcək. Havanın maksimal temperaturu  22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı gözlənilir. Mayın 27-si gündüz yağış kəsiləcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Mayın 27-si səhər qısamüddətli yağış yağacağı ehtimalı var, ötən günlərlə müqayisədə sərin hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu 20-24 dərəcə isti təşkil edəcək.


loading...