Sabaha qədər bu yol bağlı olacaq

Sabaha qədər bu yol bağlı olacaq

Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır. 

XƏBƏRÇİ.AZ  xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 24-ü səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

 

Hərəkətin məhdudlaşdırlması sabah axşam saatlarınadək qüvvədə olacaq.


loading...