Avtobusdan istifadə edənlərə şad xəbər

Avtobusdan istifadə edənlərə şad xəbər

Bu gündən “BakuBus” MMC-yə məxsus sərnişin avtobuslarında kondisionerlər işə salınıb.

 

XƏBƏRÇİ.AZ bildirir ki, şirkətdən verilən məlumata görə, kondisionerlər payızda hava sərinləşənə qədər işləyəcək.

 

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus avtobuslar paytaxt ərazisində 1, 2, 3, 5, 6, 8, 13, 14, 17, 21, 125, 175 nömrəli və Hava Limanı Ekspress marşrut xətləri üzrə hərəkət edir.


loading...