Bu şəxs də vəzifədən getdi

Bu şəxs də vəzifədən getdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.


XƏBƏRÇİ.AZ "Report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

 

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.


loading...