Muzeylərdə "açıq qapı" günü - pulsuz giriş

Muzeylərdə "açıq qapı" günü - pulsuz giriş

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərə “açıq qapı” günü elan edib. 

XƏBƏRÇİ.AZ xəbər verir ki, Qoruq İdarəsindən Oxu.Az-a bildiriblər ki, bu gün ərzində Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, Qala Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksinə ödənişsiz daxil olmaq mümkün olacaq. 

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.


loading...