Nəsimi Paşayev: mayın 31-də artıq bu stansiya...

Nəsimi Paşayev:  mayın 31-də artıq bu stansiya...

“Bakı Metropoliteni” mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev işdən ayrılıb.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

N. Paşayev mayın 31-dən vəzifəsindən gedəcəyini açıqlayıb: "Hörmətli kütləvi informasiya vasitələri nümayəndələri, sevgili dostlar!

2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm". 

Qeyd edək ki, N. Paşayev jurnalistlərlə sıx əməkdaşlıq edən mətbuat xidməti rəhbərlərindən biri idi. Onun istefası da jurnalistlərin təəccübünə səbəb olub.


loading...