Məkkədə qəza: 4 zəvvar diri-diri yandı -

Məkkədə qəza: 4 zəvvar diri-diri yandı -

Səudiyyə Ərəbistanının Məkkə şəhərində avtobusun benzin daşıyan yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həlak olub.

Həlak olanların 4 nəfəri Britaniya vətəndaşları olan müsəlmanlardır.

XƏBƏRÇİ.AZ milli.az istinadən bildirir ki, onlar Məkkəyə ümrə ziyarətinə yollanmışdılar.

Ağır nəqliyyat qəzası Məkkədən 50 km aralıdakı Əl Həlas kəndində baş verib.

Alışıb yanmış avtobusdakkı sərnişinlərdən 2 kişi və 2 qadın ilə benzindaşıyan avtomobilin sürücüsü həlak olublar.

Məkkədən Mədinəyə gedən avtobusda 18 nəfər vardı. Yaralılardan biri uşaqdır.

Avtobus İngiltərənin Bləkbörn şəhərindəki "BlackBurn Hashim Travel" şirkəti tərəfindən icarəyə götürülmüşdü.


loading...